DÇ-2022-də ilk sensasiya: Argentina uduzdu

DÇ-2022-də ilk sensasiya: Argentina uduzdu

DÇ-2022-də ilk sensasiya qeydə alınıb. Çempionatın üçüncü oyun günü Argentina və Səudiyyə Ərəbistanının matçı ilə başlayıb.

C qrupunun ilk matçında hesabı cənubi amerikalılar açıb. Lionel Messi 10-cu dəqiqədə penaltidən dəqiq yararlanıb. Fasiləyədək argentinalılar daha üç dəfə fərqlənsə də, bütün qollar ofsayddan vurulub.

İkinci hissədə oyunda dönüş yaradan Asiya təmsilçisi iki qola imza atıb. Saleh Əl Şehri 48-ci, Salem Əl Daşsari 53-cü dəqiqədə argentinalıları məyus edib. Hesabda geri düşən Messi və komandası məğlubiyyətdən qaça bilməyib. Beləliklə, çempionluğa əsas namizədlərdən sayılan Argentina mundiala 1:2 hesablı məğlubiyyətlə start verib.

Qeyd edək ki, C qrupunun digər oyununda Meksika ilə Polşa görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Almaniya yığmasında itki

Növbəti yazı

Argentinanın seriyası qırıldı