DÇ-2022-də ofsayd vəziyyətləri avtomatik müəyyənləşdiriləcək
Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsində yeniliyin tətbiqi planlaşdırılır. Bunu FİFA-nın futbolun qlobal inkişafı şöbəsinin rəhbəri Arsen Venger açıqlayıb. O bildirib ki, ofsaydın avtomatik müəyyənləşdirilməsi sisteminin tətbiqi nəzərdə tutulub:
“Qərarların, xüsusilə ofsaydla bağlı olduğu halda, sürətlə verilməsi üzərində işləməyə davam etməliyik. DÇ-2022-də oyundankənar vəziyyətlə bağlı qərarlar daha tez veriləcək. Oyunlar da daha az dayanacaq. Bu, indiki VAR sisteminin çatışmazlığıdır. Böyük ehtimalla mundialda ofsayd vəziyyətləri avtomatik müəyyənləşdiriləcək. Bunun təfərrüatını açıqlamaq istəmirəm. Bu, hakimlərin işində növbəti böyük dəyişiklik olacaq”.