“Milan”da yeni qapıçı
İtaliyanın “Parma” klubunun sabiq qapıçısı Antonio Mirante karyerasını “Milan”da davam etdirəcək. “Rossonyeri” 38 yaşlı veteranla anlaşıb.
Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. Mirante sonradan uzadıla biləcək 1 illik anlaşma bağlanacaq.
Yeni futbolçu ilə müqavilə imzalanmasına əsas qapıçısı Mayk Menyan zədələnməsi səbəb olub. Əməliyyat olunacaq qolkiper təxminən bir ay komandasına kömək etməyəcək.