Kreyçikova 1/8 final səddini aşa bilmədi

Kreyçikova 1/8 final səddini aşa bilmədi

İndian-Uells turnirində 1/8 final mərhələsi başa çatıb. Bu dəfə “Top-10”da yer alan tennisçilərdən heç biri 1/4 finala yüksələ bilməyib.

Barbora Kreyçikova Paula Badosa ilə qarşılaşmada uduzub – 1:6, 5:7. Çexiyalı “Top-10”dan mübarizəni davam etdirən sonuncu tennisçi idi.

Eşli Barti, Arina Sobolenko, Sofiya Kenin və Belinda Bençiç turnirə qatılmaqdan imtina edib. Qarbinye Muqurusa və Mariya Sakkari 2-ci, Karolina Plişkova 3-cü mərhələdə mübarizəni dayandırıb. İqa Şventek və Elina Svitolina isə Barbora kimi 1/8 final səddini aşa bilməyib.

ETOPAZ

Əvvəlki yazı

“Leykers” Dumbuyanı heyətinə qatdı

Növbəti yazı

“Milan”da yeni qapıçı