Cordanın qazancı

Cordanın qazancı

Basketbol əfsanəsi Maykl Cordanın 2022-ci ildəki qazancı bəlli olub. O, “Nike” şirkəti ilə uzunmüddətli anlaşmadan böyük vəsait əldə edib.

“Jordan Brand” ayaqqabılarının istehsalı “Çikaqo”nun sabiq oyunçusuna 256,1 milyon dollar qazandırıb. Şirkətin bu məhsuldan qazancı isə 5,1 milyard dollar olub. Müqaviləyə görə NBA-nın 6 qat çempionu məbləğin 5 faizinə sahib çıxır.

“Jordan Brand” son 5 ildə “Nike” şirkətinə 19,4 milyard xeyir gətirib.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 03.02.2023

Növbəti yazı

12-ci qələbə