Ceymsin durumu qeyri-müəyyəndir

BRIGHTON, ENGLAND – AUGUST 29: Reece James of Chelsea during the pre-season friendly between Brighton & Hove Albion and Chelsea at Amex Stadium on August 29, 2020 in Brighton, England. (Photo by Darren Walsh/Chelsea FC via Getty Images)

Ceymsin durumu qeyri-müəyyəndir

Çempionlar Liqasının 4-cü turunda “Çelsi” “Milan”la qarşılaşıb. İngiltərəlilərin qələbə qazandığı matçda (2:0) London klubu futbolçusunu itirib.

Komandanın müdafiəçisi Ris Ceyms zədələnib. O, matçı başa vura bilməyib və “zadəganlar”ın kapitanı Sezar Azpilikueta ilə əvəzlənib.

“Çelsi”nin baş məşqçisi Qrem Potter Ceymsin durumu haqqında danışıb:

“Ümid edirik ki, hər şey yaxşı olacaq. Zədənin nə dərəcədə ciddi olduğunu söyləmək hələ tezdir. Müayinələrdən sonra dəqiq biləcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Vlahoviç ayrılmaq niyyətində

Növbəti yazı

“Real” və “Mançester Siti” 1/8 finalda