“Cenoa” Qattuzo arzusunda

“Cenoa” Qattuzo arzusunda

Andrey Şevçenkonu istefaya göndərən “Cenoa” baş məşqçi axtarışlarını davam etdirir. “Herta”nın sabiq çalışdırıcısı Bruno Labbadianın imtinasından sonra genuyalılar başqa variantlara keçib.

A seriyası təmsilçisinin hazırda iki əsas namizədi var. Bunlar “Torino”nun keçmiş baş məşqçisi Davide Nikola və “Milan”, “Napoli” kimi klublara rəhbərlik etmiş Cennaro Qattuzodur. Rəhbərlik hətta ötən ilin yayından işsiz olan Qattuzo ilə əlaqə də saxlayıb. Şevçenko ilə Qattuzo vaxtilə “Milan”da çiyin-çiyinə çıxış edib.  “Cenoa” hazırda 12 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşır.

ETOPAZ

Əvvəlki yazı

Federasiya prezidenti müəyyənləşdi

Növbəti yazı

Zinçenkoya İspaniyadan təklif