Cenk Tosun sıradan çıxdı

Cenk Tosun sıradan çıxdı

Türkiyə millisi ciddi itki ilə üzləşib. Hücumçu Cenk Tosun DÇ-2022-nin pley-off oyununda “ay-ulduzlular”a kömək edə bilməyəcək.

Buna səbəb 31 yaşlı forvardın klubu “Everton”un məşqi zamanı zədələnməsidir. Tibbi müayinədən sonra əzələ yırtılması aşkarlanıb və futbolçunun mövsümü başa vurduğu açıqlanıb.

Qeyd edək ki, Türkiyə yığması pley-off mərhələsinin yarımfinalında martın 24-də Portuqaliya ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Benzema şəxsi rekordunu təkrarladı

Növbəti yazı

Eriksen yenidən millidə