“Çelsi”nin Maunt planı

“Çelsi”nin Maunt planı

“Çelsi” futbolçusu Meyson Mauntla müqaviləni uzadacaq. İngiltərə klubu anlaşması 2024-cü ildə başa çatacaq yarımmüdafiəçi ilə uzunmüddətli əməkdaşlıq niyyətindədir.

Yaxın müddətdə tərəflər müqavilənin detallarını müzakirə edəcək. London təmsilçisi Mauntun maaşını da artıracaq. Klubun öz yetirməsi olan Meyson 2019-cu ildən əsas komandanın üzvüdür. O, cari mövsüm Premyer Liqanın 21 matçında 7 qol və 6 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Neymarın “Real”a qarşı oynaması sual altında

Növbəti yazı

“Milan”ın yeni hədəfi