“Çelsi”dən antirekord

“Çelsi”dən antirekord

“Çelsi”nin uğursuz çıxışı davam edir. Klub Premyer Liqada bir mövsümdə buraxdığı qol sayında klubun antirekorduna imza atıb.

Londonlular cari mövsümdə artıq 57 top buraxıb.  Bu, XXIX turun “Arsenal”la matçından (0:5) sonra rəsmiləşib. Maurisio Poçettinonun yetirmələri bu sayda qolu 32 turda buraxıb.

Bunadək “Çelsi”nin antirekordu 55 qolun buraxılması idi. Buna 1994/95 və 1996/97 mövsümlərində təsadüf olunub. Həmin çempionatlarda “zadəganlar” müvafiq olaraq 42 və 38 matç keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”də 2 itki

Növbəti yazı

“Neftçi”də 2 itki