“Çelsi” onu da istəyir

“Çelsi” onu da istəyir

“Çelsi” Avropada qış transfer pəncərəsinin son günündə daha bir futbolçunun keçidini həll edə bilər.  London klubu Portuqaliya “Benfika”sından Enzo Fernandesi rənglərinə bağlamağa hazırlaşır. 

“Çelsi” ötən il Argentina millisi ilə dünya çempionluğunu qazanan və mundialın ən yaxşı gənc yarımmüdafiəçisinin müqaviləsində yer alan 120 milyon avro sərbəst qalma qiymətini ödəyərək transferi rəsmiləşdirməyi planlaşdırır. Hazırda klublar bununla bağlı son danışıqları aparırlar. 

Transfer gerçəkləşərsə, bu, İngiltərə Premyer Liqasının ən bahalı keçidi kimi tarixə düşəcək. İndiyədək rekord 2012-ci ildə “Aston Villa”dan “Mançester Siti”yə 117 milyon avroya satılan Cek Qrilişə aid olub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan qələbə

Növbəti yazı

Günün kuponu – 01.02.2023