Günün kuponu – 01.02.2023
Əl Əhli – Oklend Siti 1
Klublar arasında dünya çempionatının ilk 1/8 final matçında Misir və Yeni Zelandiya təmsilçiləri üz-üzə gələcək.
“Əl Əhli” hazırda əla formadadı və oyunun aşkar favoritidi. “Oklend Siti” isə əksinə, dekabrın 4-dən bu yana rəsmi oyun oynamayıb. Misir təmsilçisinin qələbəsinə inanıram.
Leypsiq – Hoffenhaym 1
Almaniya kubokunun hazırkı çempionu bu turnirdə indiki mövsümdə keçirdiyi hər 2 oyunda qalib gəlib, 12 qol vurub və öz qapısının toxunulmazlığını qoruyub, bundesliqada da qızıl medal uğrunda mübarizə aparır. “Hoffenhaym”ın işləri heç də yaxşı deyil. “Leypsiq” rəqibindən hərtərəfli üstündü. Meydan sahiblərinin qələbəsi real görünür.
Maynts – Bayern 2
Münhenlilər bu il qələbə üzünə həsrətdi. Amma hər seriyanın bir sonu var və məncə, bu dəfə “Bayern” rəqibinə gücünü göstərəcək. Komandanın bunun üçün hər cür potensialı var və meydan sahibləri qonaqların qarşısını çətin ala bilsin.