“Çelsi” Onanadan əlini üzdü

“Çelsi” Onanadan əlini üzdü

“Çelsi”nin qapıçı transferi ilə bağlı planları dəyişib. İngiltərə klubu Andre Onananı almaq fikrindən dönüb.

Londonlular “İnter”in 27 yaşlı əlcək sahibinin xidmətində maraqlı deyil. Kamerunlunun əsas müştərisi kimi “Mançester Yunayted” qalıb.

Onana ötən mövsüm 41 oyun keçirib. O, 36 top buraxıb və 19 matda qapısını toxunulmaz saxlayıb.

ETOPAZ

Əvvəlki yazı

Naqelsmann PSJ ilə razılaşmadı

Növbəti yazı

A seriyasında tarixi rekord