“Çelsi” 18 illik seriyaya son qoydu

“Çelsi” 18 illik seriyaya son qoydu

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Çelsi” səfərdə “Milan”la qarşılaşıb. Görüş ingiltərəlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qalibiyyətlə London klubu 18 illik seriyaya son qoyub. Belə ki, “zadəganlar” bu müddət ərzində Avropanın ən nüfuzlu turnirində İtaliyada ilk dəfə sevinən tərəf olub.

“Çelsi” sonuncu dəfə səfərdə İtaliya klubunu 2004-cü ildə məğlub etməyi bacarmışdı. Komanda həmin görüşdə “Latsio”ya qalib gəlmişdi – 4:0.

Qeyd edək ki, ingiltərəlilər bu müddət ərzində 7 matç keçirib. Bunlardan 6-da uduzub, 1-də heç-heçə edib.

ETOPAZ

Əvvəlki yazı

“Real” və “Mançester Siti” 1/8 finalda

Növbəti yazı

UEFA reytinqində mövqeyimiz dəyişmədi