Canni De Byazi: “Kompakt şəkildə oynayaraq qalib gəlməliyik”

Canni De Byazi: “Kompakt şəkildə oynayaraq qalib gəlməliyik”

Millətlər Liqasında 5-ci tura start verilir. Sabah Azərbaycan yığması Slovakiyanın qonağı olacaq.

Oyundan öncə millimizin çalışdırıcısı Canni De Byazinin mətbuat konfransı keçirilib. Mütəxəssis matç barədə fikirlərini bildirib:

“Komandada yaxşı atmosfer var. Ümid edirəm, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Ən əsası rəqibdən qorxmamalıyıq. Son dörd matçda göstərdiyimiz oyuna görə az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik. Qara Qarayevin nəyə görə milli komandaya dəvət olunmadığını bilir. O ki, qaldı mənim müqaviləmin başa çatmasına, düşünmürəm ki, son iki oyun yekun qərar vermək üçün həlledici olsun. Əlbəttə yekun qərarı AFFA verəcək. Qərar nə olursa, olsun biz əvvəlkitək dost münasibətimizi davam etdirəcəyik”.

ETOPAZ

Əvvəlki yazı

Qarsiyadan rekord

Növbəti yazı

Günün kuponu – 22.09.2022