Canni de Byazi: “Futbolçularda revanş istəyi var”

Canni de Byazi: “Futbolçularda revanş istəyi var”

AVRO-2024-ün seçmə mərhələsinin növbəti matçları keçirilir. Sabah millimiz Estoniya ilə qarşılaşacaq.

Oyundan öncə yığmamızın çalışdırıcısı Canni de Byazinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Estoniya millisinin Avstriya ilə oyununu izləmişəm, yaxşı çıxış ediblər. Son iki qarşılaşmada uduzduğumuzdan, futbolçularda revanş istəyi var. Estoniyada mövsüm davam edir. Bizdə isə mövsüm yekunlaşıb. Bu, vacib amildir. Bilirəm ki, futbolçularımızda yorğunluq var. Ancaq uğur qazanmaq üçün rəqibdən çox qaçmalı, böyük enerji sərf etməliyik.İlk iki oyunda uduzduq, 9 qol buraxdıq. Ümid edirəm ki, Avstriya və İsveçlə matçlar təcrübəsi az futbolçular üçün dərs olar. İki güclü komanda ilə qarşılaşdığımızı da nəzərə almalıyıq. Futbol riyaziyyat deyil. İstənilən halda sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Həm Avstriya, həm də İsveçlə görüşün bəzi hissələrində yaxşı çıxış etdik. Təbii ki, fərdi səhvlər oldu, bu da bizə baha başa gəldi”.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” Milik üçün 1 milyon avro ödəyib

Növbəti yazı

Mahir Emreli: “Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”