Braziliyanın rekord seriyası qırıldı

Braziliyanın rekord seriyası qırıldı

DÇ-2022-nin qrup mərhələsinin III turunda Kamerunla qarşılaşan Braziliya millisinin rekord seriyası qırılıb. Pentakampeonlar bu görüşdə 0:1 hesabı ilə uduzub.

Cənubi amerikalılar bunadək mundialların qrup mərhələlərində son 17 matçda xalsız qalmayıb. Bu, yarışın mütləq rekordudur.

Braziliyanın qrupdakı son məğlubiyyəti DÇ-1998-ə təsadüf edib. Həmin vaxt sambaçılar Norveçə 1:2 hesabı ilə yenilib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldodan ilk

Növbəti yazı

Lebron Mecik Consonu keçdi