Lebron Mecik Consonu keçdi

Lebron Mecik Consonu keçdi

Lebron Ceyms məhsuldar ötürmə sayında NBA tarixinin 6-cısı olub. “Leykers”in hücumçusu “Miluoki” ilə görüşdə 11 ötürmə verib.

Bu qarşılaşmada Los-Anceles klubu 133:129 hesabı ilə qalib gəlib. Lebron ötürmə sayını 10144-ə çatdırıb.

Bununla da Ceyms əfsanəvi Mecik Consonu arxada qoyub. Sonuncunun aktivində 10141 ötürmə var. Lebron 1381, Mecik 906 oyunda buna nail olub.

NBA-nın rekordçusu isə Con Stoktondur -15806 ötürmə. Ceyson Kidd (12091), Kris Pol (11071), Stiv Neş (10335) və Mark Cekson (10334) da Ceymsdən öndədir.

ETOPAZ

Əvvəlki yazı

Braziliyanın rekord seriyası qırıldı

Növbəti yazı

Popoviç iki oyun kənarda qalacaq