Ronaldodan ilk
Kriştiano Ronaldo daha bir ilkə imza atıb. Portuqaliya millisinin ulduzu dünya çempionatlarında qapıya 100 zərbə endirən ilk futbolçu kimi tarixə düşüb.
Bu göstərici 1966-cı ildən hesablanır. Bu müddətdə heç bir oyunçu 100 zərbə vurmağı bacarmayıb.
Kriştiano buna 5 dünya çempionatında nail olub. O, DÇ-2006-da debüt edib.