Braziliyada ciddi itkilər
Braziliya millisində ciddi itkilər baş verib. Neymarla Vinisius DÇ-2022-nin KONMEBOL üzrə seçmə mərhələsinin son turunu buraxacaq.
Buna səbəb hər iki oyunçunun cəzalı duruma düşməsidir. Onlar 17-ci turun Çili ilə matçında sarı vərəqə alıb. Bu, Neymarın 4-cü, Vinisiusun 2-ci xəbərdarlığı olub.
4:0 hesablı qələbəyə hərəyə bir qolla töhfə verən ulduzlar Boliviya ilə səfər görüşündə istirahət edəcək.
Qeyd edək ki, Braziliya DÇ-2022-yə vəsiqəni təmin edib.