Burak Yılmaz milli karyerasını başa vurdu
Türkiyə millisinin futbolçusu Burak Yılmaz DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalının Portuqaliya ilə matçından (1:3) sonra vacib qərarını açıqlayıb. Təcrübəli hücumçu yığmadakı karyerasını başa vurub.
“Lill”in oyunçusu bu barədə açıqlamasında deyib. Yılmaz ötən gecə bunları deyib:
“Bu gün son oyunum idi. Milli karyeramdakı son nöqtəni qoydum. Belə bir matçdan sonra yığma ilə vidalaşmaq istəməzdim. Amma bunun doğru qərar olduğunu düşünürəm”.
Qeyd edək ki, Burak Yılmaz 2006-cı ildən Türkiyə millisinin formasını geyinirdi.