“Böyük dəbilqə”də antirekord

“Böyük dəbilqə”də antirekord

Andrey Rublyov “Böyük dəbilqə” turnirlərində antirekorda imza atıb. O, ardıcıl 9-cu dəfə 1/4 finalda uduzub.

Olimpiya çempionu yarımfinala adlamaq üçün ilk 9 cəhdi uğursuz alınan ilk tennisçidir. Dünyanın 8-ci raketkası bu dəfə “ US Open”də büdrəyib. Rusiyalı tennisçi həmyerlisi Daniil Medvedevə uduzub – 4:6, 3:6, 4:6.

Andrey 2021-ci və 2023-cü illərdə “Australian Open”, 2020-ci və 2022-ci illərdə “Rolan Qarros”, 2023-cü ildə “Uimbldon”da yarımfinalın astanasında dayanıb. “US Open”də isə belə uğursuzluq 4-cü dəfə yaşanıb. O, 2017-ci, 2020-ci və 2022-ci illərdə də 1/4 finalda məğlub olub.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın sabiq vingeri Braziliya klubunda

Növbəti yazı

Sobolenkodan 7 ilin rekordu