“Borussiya”nın yeni baş məşqçisi bəlli oldu

“Borussiya”nın yeni baş məşqçisi bəlli oldu

Nuri Şahin “Borussiya”nın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

35 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Nuri Şahin bu vəzifədə dünən istefa verən Edin Terziçi əvəzləyib. O, yanvar ayından Dortmund “Borussiya”sında köməkçi-məşqçi vəzifəsini tutub.

Qeyd edək ki, Nuri 2021-ci ilin oktyabrından 2023-cü ilin sonunadək “Antalyaspor”da baş məşqçi vəzifəsini yerinə yetirib.

ETOPAZ

Əvvəlki yazı

Musa Qurbanlı “Qarabağ”da

Növbəti yazı

Millimizdən 1 qələbə və 1 məğlubiyyət