“Borussiya” Sançonu qaytarır

“Borussiya” Sançonu qaytarır

Ceydon Sanço karyerasını yenidən Almaniyada davam etdirə bilər. “Mançester Yunayted”in yarımmüdafiəçisi Dortmund “Borussiya”sının hədəfindədir.

Bundesliqa klubu 23 yaşlı ingiltərəlini heyətinə qaytarmağı planlaşdırır. Sançonun “Borussiya”ya qayıdışı qış transfer pəncərəsində reallaşa bilər.

Onun Mançester klubunun baş məşqçisi Erik Ten Haqla problemləri var. Bu üzdən cari mövsüm 3 matçda şans qazanan Ceydon cəmi 76 dəqiqə meydanda olub.

ETOPAZ

Əvvəlki yazı

La Liqa klubunda yeni baş məşqçi

Növbəti yazı

Korinin “Böyük dəbilqə”lərdə ilk titulu