Borcu olan klublara cəza
İtaliya A seriyasında yeni sanksiyalar tətbiq olunacaq. Ödənişlərə görə borcu olan klubların hesabından xallar silinəcək.
Noyabrın 16-dək bütün klublar müqavilə öhdəlikləri və digər ödənişlərlə bağlı maliyyə sənədlərini təqdim etməlidir. Vaxtında ödəniş etməyən komandanın hesabından 2 xal silinəcək. Bu, avqustun 1-dən sentyabrın 30-dək olan müddəti əhatə edir. Əvvəlki dövrlərdən futbolçu və ya əməkdaşına borcu qalan klublardan əlavə 2 xal silinəcək.