“Atlanta” hücumçusunu itirdi

“Atlanta” hücumçusunu itirdi

“Atlanta” ciddi itki ilə üzləşib. Komandanın hücumçusu Deandre Hanter uzun müddətə sıradan çıxıb. Forvard sağ biləyindən əməliyyat olunub.

23 yaşlı oyunçu 2- ay komandasına kömək edə bilməyəcək. O, noyabrın 8-də “Qolden Steyt”lə qarşılaşmada zədələnib. Növbəti oyunda da meydana çıxan Deandre ağrıların kəsmədiyini görüb. Müayinələr əməliyyatın qaçılmaz olduğunu müəyyənləşdirib.

Qeyd edək ki, Hanter cari mövsümün 11 oyununda orta hesabla 10,8 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Oje-Alyassim “Top-10”da

Növbəti yazı

Borcu olan klublara cəza