Bissuma transferi bitmək üzrədir

Bissuma transferi bitmək üzrədir

İv Bissuma yeni klubuna keçməyə çox yaxındır. Onu “Tottenhem” transfer edir.

Yarımmüdafiəçinin “Brayton”dan keçidi bitmək üzrədir. Yaxın günlərdə tibbi müayinədən keçəcək oyunçu müqavilə imzalayacaq. London klubu yeni futbolçusu üçün bonuslardan əlavə 29 milyon avro ödəyəcək.

Qeyd edək ki, Bissuma ötən mövsümün 28 oyununda 2 qol və 2 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.06.2022

Növbəti yazı

“Çelsi” Lukakunu göndərmək istəmir