Sürpriz kupon – 16.06.2022
Akureyr KA – Frem ÜST2.5
İslandiya çempionatında 9-cu turun matçı barədə danışacayıq. Meydan sahibləri 8 turdan sonra 16 xalla ilk üçlükdə qərarlaşıb. Qonaqlar 8 xalla orta pillələrdə yer tutur. Üstəlik “Frem” 8 matçda qapısında 21 qol görməklə diqqəti cəlb edir. Tərəflərin son 5 duelində “Akukeyr” qələbə qazanıb.
Hafnarfyordur – Leiknir Reykyavik 1
Çempionata yaxşı başlamayan meydan sahibləri turnir cədvəlində 9-cu yerdədir. Komandanın müdafiə xəttində problemlərin olduğu hiss olunur – 8 oyuna 15 qol. “Leiknir” qapısında daha az qol görüb – 13 qol, sadəcə rəqib qapılarına da 4 dəfə yol tapıb. Bu matçda meydan sahiblərinin qələbəsinə inanıram.
Keflavik – Styarnan ÜST2.5
17 xalla cədvəldə ikinci pillədə qərarlaşan “Styarnan” müdafiə xəttindəki problemləri həll etməkdə çətinlik çəkir. Komanda 8 oyunda qapısında 10 qol görüb. Aktivində 3 qələbə olan “Keflavik” 7-ci sıradadır. Son 4 duelin statistikası bərabərdir. Hər biri iki görüşdə qələbəyə sevinib.