Benzemadan rekord

Benzemadan rekord

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema yeni rekorda imza atıb. 34 yaşlı hücumçu klub karyerasında ən çox qol vuran fransalı oyunçu adına sahib çıxıb.

O, “Sevilya”nı 2:1 hesabı ilə məğlub etdikləri XV turun oyununda fərqlənib. Bununla da Kərim klub karyerasındakı qol sayını 361-ə çatdırıb. Benzema 360 qol vuran Tyerri Anrini arxada qoyub.

Qeyd edək ki, hücumçu cari mövsüm klubda keçirdiyi 18 görüşdə 16 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Mundialın vaxtı dəqiqləşdi

Növbəti yazı

İlk titul