Benzema üçüncü yerə yüksəldi

Benzema üçüncü yerə yüksəldi

“Real” İspaniya çempionatının 30-cu turunda “Selta”nı məğlub edib (2:1). “Kral klubu”nun hücumçusu Kərim Benzema görüşdə iki qol vurub.

Fransız futbolçu La Liqada “Real”ın heyətində 215 və 216-cı qollarını vuraraq, Alfredo Di Stefano ilə bərabər klub tarixinin üçüncü bombardiri olub. Bu göstərici üzrə rekordçu Kriştiano Ronaldo (312 qol), ikinci isə Rauldur (228 qol).

Qeyd edək ki, Benzema bu mövsüm “Real”da 34 qol vurub. Bu, onun şəxsi rekordudur.

ETOPAZ

Əvvəlki yazı

Durantdan yeni rekord

Növbəti yazı

“Bavariya” 12 nəfərlə oynadı