“Bavariya”da ayrılıq

“Bavariya”da ayrılıq

“Bavariya” daha bir oyunçusu ilə yollarını ayıracaq. Klub müdafiəçi Benjamin Pavarı bu yay satmağa hazırdır.

Münhen təmsilçisi Fransa millisinin üzvü üçün təklifləri dəyərləndirmək qərarına gəlib. Hazırda onun xidmətində “Atletiko”, “Yuventus” və “Çelsi” maraqlıdır. Bundesliqa çempionu 26 yaşlı oyunçusunun gedişindən qazanılacaq pulu yeni transferə xərcləmək fikrindədir.

Qeyd edək ki, üç ildir “Bavariya”da çıxış edən Benjamin Pavarın müqaviləsi 2024-cü ilin yayına qədərdir.
 

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 06.07.2022

Növbəti yazı

“Aston Villa”dan “Milan”a