“Bavariya” Virtsdən əl çəkmir

“Bavariya” Virtsdən əl çəkmir

“Bavariya”nın Florian Virtsin transferi ilə bağlı planları bəlli olub. Münhen təmsilçisi 21 yaşlı yarımmüdafiəçini 2025-ci ilin yayında heyətinə qatmaq niyyətindədir.

“Bayer”in futbolçusunun qiyməti mövsümün sonunda 100 milyon avroya enəcək. “Bavariya” bundan yararlanmaq və “Real”ın da hədəfində olan almaniyalını transfer etmək istəyir.

Virts 2020-ci ilin yayından “Bayer”də forma geyinir. Onun müqaviləsi 2027-ci ildə başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”un Van Deyk planı

Növbəti yazı

Günün kuponu – 29.09.2024