“Bavariya” və PSJ 1/4 finalda

“Bavariya” və PSJ 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Bu gün iki qarşılaşma baş tutub.

“Bavariya” səfərdəki 0:1 hesablı məğlubiyyətin fonunda “Latsio”nu qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Harri Keyn dubl müəllifi olubsa, Tomas Müller də adını tabloya yazdırıb – 3:0.

Günün digər matçında PSJ “Real Sosyedad”ın qonağı olub. İlk oyunda 2:0 hesablı qələbə qazanan parislilər yenə qalibiyyət əldə edib. Kilian Mbappe dubla imza atıb. Meydan sahiblərinin heyətində Mikel Moreno oyunda son nöqtəni qoyub – 1:2.

Qeyd edək ki, “Bavariya” və PSJ bu qələbələrlə adlarını 1/4 finala yazdırıblar.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.03.2024

Növbəti yazı

Keyn ən yaxşı seçildi