“Bavariya” üçün 15 milyonluq müdafiəçi

“Bavariya” üçün 15 milyonluq müdafiəçi

“Bavariya” Kleman Lanqleni transfer etməyə qərar verib. Almaniya klubu “Barselona”nın müdafiəçisinin keçidi üçün danışıqlara başlayıb.

Almaniya klubu fransalını yanvarda transfer etməyi planlaşdırır. “Barselona” bu satışdan 15 milyon avro qazanmaq niyyətindədir.

Keçid baş tutmasa, “Atalanta”nın üzvü Corcio Skalvininin transferi ön plana çıxacaq.

Qeyd edək ki, Lanqle hazırda icarə əsasında “Aston Villa”da forma geyinir.

ETOPAZ

Əvvəlki yazı

Zirədə qolsuz sülh

Növbəti yazı

Salahdan 200-cü qol