Salahdan 200-cü qol
Məhəmməd Salah “Liverpul”un heyətində 200-cü qolunu vurub. Misirli hücumçu “Kristal Pelas”la qarşılaşmada fərqlənib.
Afrikalı forvard klub tarixində bunu bacaran 5-ci futbolçudur.
Bu qol həm də Premyer Liqada 150-ci olub. Salah yarışın tarixinin 10-cu bombardiri adına şərik çıxıb. O, Maykl Ouenə çatıb.
Yalnız 9 futbolçu daha məhsuldar olub. Alan Şirer 260, Harri Keyn 213, Ueyn Runi 208, Endi Koul 187, Serxio Aquero 184, Frenk Lempard 177, Tyerri Anri 175, Robert Fauler 165, Cermeyn Defo 162 qola sevinib.
Qeyd edək ki, “Liverpul” “Kristal Pelas”a 2:1 hesabı ilə qalib gəlib.