“Bavariya” “Ayaks”ın müdafiəçisi ilə anlaşdı

“Bavariya” “Ayaks”ın müdafiəçisi ilə anlaşdı

“Bavariya” Nussair Mazrauini transfer etməyə yaxındır. Almaniya təmsilçisi “Ayaks”da çıxış edən müdafiəçi ilə anlaşıb.

24 yaşlı mərakeşlinin agenti ilə danışıqları yekunlaşdıran Münhen klubu oyunçunun şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Mazraui yeni klubuna azad agent kimi keçəcək.

Onun müqaviləsi sonradan bir il uzadılmaq imkanı ilə 2026-cı ilədək nəzərdə tutulub. Afrikalı ildə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, Mazraui cari mövsümdə 32 oyunda 5 qol və 4 assistə imza atıb

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 09.04.2022

Növbəti yazı

PSJ Dembeleni gözləyir