Sürpriz kupon – 09.04.2022

Sürpriz kupon – 09.04.2022

“Sauthempton” – “Çelsi” – 2,5 ÜST

Son oyunda qələbəsiz qalan “Sauthempton” hər matça dönüş anı kimi baxır. “Çelsi” isə 4 gün içində öz meydanında iki ağır zərbə alıb: premyer liqada “Brentford” a (1:4) və ÇL-də “Real”a (1:3) məğlubiyyətlər. Hər iki komanda özünəinamı qaytarmaq üçün qələbəyə oynayacaq. 2,5 üst daha uyğun görünür bu dueldə.

“Bavariya” – Auqsburq” – 1

ÇL-də “Villareal” a məğlubiyyətdən (0:1) sonra “Bavariya” yaralı aslanı xatırladır. Acığını bundesliqadakı rəqibindən necə çıxacaq, bilmirəm, amma münhenlilərin qələbəsinə əminəm.

“Nürnberq” – “Darmştad” – 2,5 ÜST

2-ci bundesliqada mövsümün bitməsinə 6 tur qalır və hər oyun komandalar üçün çox vacibdir. “Darmştad” hazırda lider “Verder”dən cəmi 1 xal geri qalır, amma azacıq büdrəsə, izləyiciləri “Sankt Pauli” və “Şalke” onları 4-cü sıraya göndərə bilər. “Nürnberq” isə ardıcıl 2 oyun xal itirdiyi üçün 5-ci pilləyə enib. Amma bu matçda qələbə onların ilk “üçlüy”ə düşmək şansını artıracaq. Qısası, ölüm-dirim xarakterli bir oyundur və bu dueldə qarşılıqlı qollar, 2,5 üst gözləyirəm.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Ten Haq “Mançester Yunayted”lə razılaşdı

Növbəti yazı

“Bavariya” “Ayaks”ın müdafiəçisi ilə anlaşdı