Batista milli komandada
Argentinalı mütəxəssis Fernando Batistanın yeni iş yeri bəlli olub. O, Venesuela yığmasının baş məşqçisi təyin olunub.
Bunu Cənubi Amerika ölkəsinin futbol federasiyası açıqlayıb. Onunla 3,5 illik müqavilə imzalanıb.
Batista Xose Pekermanı əvəzləyib.
52 yaşlı mütəxəssis 2021-ci ildən bu komandada köməkçi məşqçi kimi çalışırdı. Mütəxəssis həm də bu ölkənin gənclər yığmasına rəhbərlik edirdi.
Qeyd edək ki, Venesuela DÇ-lərin final mərhələsinə yüksəlməyən yeganə Cənubi Amerika komandasıdır.