“Barselona”nın sabiq futbolçusu MLS-də

“Barselona”nın sabiq futbolçusu MLS-də

“Barselona”nın sabiq futbolçusu Serxi Palenxiyanın yeni klubu bəlli olub. 26 yaşlı müdafiəçi karyerasını MLS-də davam etdirəcək.

O, “Los-Anceles” klubuna keçib. Palensiya azad agent kimi ABŞ təmsilçisinə qoşulub.

“Sent-Etyen”lə anlaşmasına xitam verən müdafiəçi yeni klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb. Sözləşmədə sonradan 1 illik uzadılma bəndi də var.

Qeyd edək ki, “Barselona”nın yetirməsi klubun ikinci komandasında 103 oyunda 2 qol vurub. O, sonradan “Bordo”, “Leqanes” və “Sent-Etyenn”də oynayıb.

ETOPAZ

Əvvəlki yazı

La Liqanın ən yaxşısı

Növbəti yazı

İsko Premyer Liqa klubunun hədəfində