“Barselona”da növbəti ayrılıq

“Barselona”da növbəti ayrılıq

Yay transfer dönəminin fəal komandalarından olan “Barselona” daha bir futbolçusu ilə yollarını ayırıb. Yarımmüdafiəçi Aleks Kolyado Kataloniya klubundan ayrılıb.

La Liqa təmsilçisi 23 yaşlı ispaniyalını bir il müddətinə “Elçe”yə icarəyə verib. Ancaq Kolyadonun birdəfəlik transferi sözləşmədə öz əksini tapmayıb. “Elçe” futbolçunun maaşının yalnız 50 faizini ödəyəcək. O, qalan məbləği “Barselona”dan alacaq.

Qeyd edək ki, Aleks Kolyado ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Qranada”da keçirib.

e-Topaz

Əvvəlki yazı

“Bavariya”da yeni müqavilə

Növbəti yazı

Obameyanq “Çelsi” yolunda