Obameyanq “Çelsi” yolunda
“Barselona”da bir ayrılıq daha baş verə bilər. Klub hücumçu Pyer-Emerik Obameyanqı 30 milyon avroya “Çelsi”yə buraxmağa hazırdır.
Qabonlu futbolçu “zadəganlar”ın baş məşqçisi Tomas Tuxel üçün prioritetdir. “Barselona”nın çalışdırıcısı Xavi futbolçunu buraxmaq istəmir. Lakin müqaviləyə müdafiəçi Markos Alonsonun da daxil edilməsi mümkündür.