“Barselona” Qrizmannı satmadı

“Barselona” Qrizmannı satmadı

Antuan Qrizmannın “Barselona”dan “Atletiko”ya transferi baş tutmayıb. Madrid təmsilçisi icarədə olan hücumçunu 40 milyon avroya deyil, daha ucuz qiymətə almaq istəyir.

Paytaxt klubu fransalı üçün 15 milyon avro ödəməyə razıdır. “Atletiko” bu məbləğin də üç il ərzində verilməsini istəyir. “Barselona” isə bu şərtlə razılaşmayıb.

Qeyd edək ki, Qrizmann 2021-ci ilin yayında 2 mövsümlük icarəyə verilib. Əgər hücumçu oyunların 50 faizində iştirak etsə, “Atletiko” onun transferi üçün 40 milyon verməlidir. Məhz bu üzdən madridlilər forvarda daha az şans verir.

ETOPAZ

Əvvəlki yazı

“Lill”dən “Trabzonspor”a

Növbəti yazı

“Milan”da yeni müqavilə