“Barselona” La Liqada 3 aydır uduzmur

“Barselona” La Liqada 3 aydır uduzmur

İspaniya La Liqasının 27-ci turunda “Barselona” “Elçe”ni məğlub edib (2:1). Kataloniyalılar bununla da çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 11-ə yüksəldib.

Komanda son 11 matçda 7 qələbə qazanıb və 4 heç-heçə edib. “Barselona” dekabrın 4-də “Betis”ə uduzduqdan (0:1) sonra məğlub olmur.

Qeyd edək ki, kataloniyalılar növbəti oyunda Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”ı qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

Günün kuponu – 07.03 2022

Növbəti yazı

Sürpriz kupon – 07.03.2022