Sürpriz kupon – 07.03.2022

Sürpriz kupon – 07.03.2022

“Los Anjeles” FK – “Portlend Timbers” QOL/QOL

MLS-də mövsüm yeni başlayıb deyə proqnoz vermək çətindir. Sırf bu oyunda statistikanın “səsinə” qulaq asdım. Tərəflərin öz aralarındakı son 7 duelun hamısında qarşılıqlı qollar olduğunu nəzərə alıb qol/qol variantına üstünlük verirəm.

“Orxus” – “Nordsyeland” – 2,5 ÜST

“Orxus”un son 2 oyununun hər birində qapılara 5 qol vurulub. “Nordsyeland” isə əksinə, 2 oyunda bir qol belə vura bilməyib. Fikrimcə, bu tur nəhayət qol vurarlar. Məhsuldar oyun gözləyirəm.

“Nottingem Forest” – “Haddersfild” – 2,5 ALT

İngiltərə Kubokunun bir oyundan 1/8 final mərhələsində çempionşipin iki təmsilçisi qarşılaşır. Matçın taleyinin əlavə vaxtda daşınma ehtimalının da olduğunu nəzərə alaraq daha ehtiyatlı variantlara mərc etmək doğru olar. Mənim üçün bu qarşılaşmada daha az risk tələb edən variant 2,5 altdır.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Barselona” La Liqada 3 aydır uduzmur

Növbəti yazı

Kevin de Breyne dördüncü belçikalı oldu