Günün kuponu – 07.03 2022
“Tottenhem” – “Everton” – QOL/QOL
“Tottenhem” qeyri-sabit oynamağa davam edir. Ötən həftə FA Cup turnirində aşağı liqa təmsilçisi “Midlsbro”ya uduzaraq (0:1) İngiltərə Kuboku ilə vidalaşdılar. Premyer liqada isə hazırda 7-ci sıradadırlar və məqsəd ÇL-ə vəsiqə verən ilk “dördlüy”ə düşməkdir. Bu baxımdan “Everton” üzərində qələbə onlar üçün çox vacibdir. Amma Frank Lempardın komandasına da 3 xal hava-su kimi vacibdir. 17-ci sırada olan “Everton”u hazırda düşmə zonasında olan “üçlük”dən cəmi 1 xal ayırır. Ona görə hər iki komandanın qələbə üçün mübarizə aparacağına şübhə etmirəm. Komandaların hər ikisi qapısından çox top buraxıb. 32 oyuna “Tottenhem” 35, “Everton” isə 41. Belə müdafiə ilə yalnız qarşılıqlı qollara mərc edərəm.
“Atletik Bilbao” – “Levante” – QOL/QOL
Son pillədə yer alan “Levante” ardıcıl 3 turdur uduzmur: 2 qələbə, bir heç-heçə. Bilbaolular isə La Liqada “Barselona”ya 0:4 uduzduqdan sonra kubok yarışında “Valensiya”ya məğlub olub (0:1). İki ardıcıl məğlubiyyətdən sonra komandanın qələbə üçün bütün gücünü qoyacağı gözləniləndir. İtiriləsi bir şeyi qalmayan “Levante” isə “bataqlıqdan” çıxmaq üçün mübarizəsini davam etdirir. Bu durumda qol/qol daha çox inandığım variantdır.
“Legiya” – “Slask Vrotslav” – 1
Tarixinin ən bərbad mövsümlərindənğ keçirən “Legiya” Polşanın futbol elitasında yerini qorumağa çalışır. 2022-ci ilə komanda yaxşı başlayıb. Yoxlama və rəsmi oyunlar daxil 11 matçdan yalnız birində uduzub, birində heç-heçə edib. Qalan 9 oyunda qələbə. Bu görüşdə də 3 xal varşavalılar üçün son dərəcə vacibdir. Qələbə “Legiya”nı 17ci yerdən 13-cü pilləyə qədər yüksəldə bilər. Məncə, “Legiya” bunu bacaracaq.