Azarenkonun 41-ci finalı

Azarenkonun 41-ci finalı

İndian-Uellsdə keçirilən qadın tennisçilərin turnirində finalçılar bəlli olub. İspaniyalı Paula Badosa yarımfinalda Ons Jaberə qalıb gəlib – 6:3, 6:3.

23 yaşlı tennisçi “Top-20”dəki rəqibləri üzərində 10-cu qələbəsini qazanıb. Bunların hamısı 2021-ci ilə təsadüf edib.

Badosa karyerasında ikinci, “WTA-1000” səviyyəli turnirdə ilk dəfə finala yüksəlib. O, bu uğur sayəsində “Top-20”də yer alacaq.

Paulanın rəqibi dünyanın sabiq birinci raketkası Viktoriya Azarenko olacaq. Belaruslu yarımfinalda Alyona Ostapenkonu məğlubiyyətə uğradıb – 3:6, 6:3, 7:5.

O, mövsümdə ilk, karyerasında 41-ci dəfə finala yüksəlib. Azarenko bunların 21-də titul qazanıb. 2012-ci və 2016-cı illərdə İndian-Uellsdə qalib olan tennisçi 3-cü dəfə bu turnirin həlledici matçında oynayacaq. O, finalda qalib gəlsə “Top-20”, uduzsa “Top-30”a qayıdacaq.

ETOPAZ

Əvvəlki yazı

13 aydan sonra meydana döndü

Növbəti yazı

“Qolden Steyt” Bredlidən imtina etdi