13 aydan sonra meydana döndü

13 aydan sonra meydana döndü

Fransa PSJ-sinin futbolçusu Xuan Bernat Liqa1-in X turunun “Anje” ilə oyununda (2:1) meydana çıxıb. 28 yaşlı ispaniyalı 63-cü dəqiqədə komanda yoldaşını əvəzləyib.

Bu, müdafiəçinin son 13 ayda ilk matçı olub. Bernat sonuncu dəfə ötən il sentyabrın 16-da meydana çıxmışdı.

Onun uzun müddət sıradan çıxmasına ağır zədəsi səbəb olub. Dizindəki xaçvarı bağlar qırılan müdafiəçi bu üzdən 13 ay buraxıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.10.2021

Növbəti yazı

Azarenkonun 41-ci finalı