Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın mövqeyi dəyişmədi

Avrokubokların pley-off mərhələsinin ilk oyunları keçirilib. Bu matçlardan sonra UEFA reytinqi açıqlanıb.

Azərbaycan çempionu “Qarabağ” ölkəmizin reytinqinə daha 0,250 xal qazandırıb. Buna “Qarabağ”ın “Olimpiya” üzərində Sloveniyadakı qələbəsi səbəb olub.

Bununla da ölkəmiz xal hesabını 16,750-yə çatdırıb. Azərbaycan bu göstərici ilə Avropada 29-cudur. 28-ci olan Slovakiya ilə fərq 0,375-ə qədər artıb.

Cari mövsüm toplanan xalların sayı 2,500-ə çatıb. “Qarabağ” 1,375, “Sabah” 0,750, “Neftçi” 0,375 xallıq qazanc gətirib.

ETOPAZ

Əvvəlki yazı

Salah “Əl-İttihad”a keçidə razılıq verdi

Növbəti yazı

Gündüzi ”Latsio”ya keçir