Ayziya Tomasın qayıdışı təxirə düşdü

Ayziya Tomasın qayıdışı təxirə düşdü


Ayziya Tomasın NBA-ya qayıdışı baş tutmayıb. 32 yaşlı basketbolçu “Leykers”lə müqavilə imzalamağa yaxın olsa da, los-anceleslilər son anda fikrindən daşınıb. Buna Redjon Rondonun transferi səbəb olub. Kaliforniyalılar bu keçidi həll etdikdən sonra Tomasa marağı itib. Ayziya NBA-ya qayıdış üçün başqa klub axtarmalı olacaq.
Aprelin 13-dən klubsuz olan basketbolçunun son komandası “Nyu-Orlean” idi. O, ötən mövsüm 3 matçda orta hesabla 7,7 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ-yə keçməkdən imtina etdi

Növbəti yazı

“Bavariya”dan 16 milyonluq transfer