“Atlanta”dan geridönüş
Pley-in çərçivəsində baş tutan “Klivlend” – “Atlanta” oyununda qonaqlar qələbə qazanıb. “Houks” 107:101 hesablı qalibiyyətlə pley-offa yüksəlib.
Oyunun gedişində “Kavalyaers” 14 xal üstünlüyə malik olsa da, sonda məğlubiyyətə üzülüb. Klivlendlilər mövsümdə 17-ci dəfə 10 və ya daha çox üstünlüyü əldən verib. Bu göstərici mövsümün antirekordudur. “Atlanta” 5-ci dəfə 14 və ya daha çox xal fərqilə uduzduğu qarşılaşmada geridönüşə nail olub.